30-04-2018
 

BDU-nun doktorantı Böyük Britaniyanın Kembric Universitetində Beynəlxalq konfransda iştirak edib

Bakı Dövlət Universitetinin  Bioekologiya kafedrasının doktorantı Sevinc Saruxanova   Böyük Britaniyanın Kembric Universitetində keçirilən “Təbiət Elmləri üzrə Beynəlxalq Tələbə Konfransı”nda iştirak edib. “Cənubi Qafqazda ceyranın (Gazelle subgutturosa) yaşayış arealları” mövzusunda çıxış edən Sevinc Saruxanova,  konfrans müddətində Kembric Zoologiya Muzeyində Çarlz Darvin tərəfindən toplanmış nadir eksponatlarla  yaxından tanış olub.  O, həmçinin   təbiəti mühafizədə genetikanın rolu və təbiəti mühafizə layihələrinin qiymətləndirilməsi mövzusunda seminarlarda da iştirak edib. Dünyanın 133 ölkəsindən nümayəndələrin iştirak etdiyi konfransın əsas məqsədi gənc alimlər arasında gələcək karyeraları üçün şəbəkə yaratmaq, ideyaları bölüşmək və təcrübə qazanmaq olub. Qeyd edək ki, Sevinc Saruxanovaya konfransda uğurlu iştirakına görə sertifikat təqdim edilib.