Karyera, praktika və məzunlarla əlaqə mərkəzi

26
DEK
Gələcəyin karyerası, dəyişən peşələr adlı seminar keçiriləcək
26.12.2018-ci il tarixində saat 12:00-da yeni tədris binasının akt zalında(I mərtəbə) AMEA-nın Yüksək Texnologiyalar Parkı Məhdud Məsuliyyətli Cəmiyyətinin təçkilatçılığı ilə Saymore Təlim və İnkişaf şirkəti nümayəndələri tərəfindən Gələcəyin Karyerası, Dəyişən Peşələr adlı seminar keçiriləcəkdir. Görüşdə bakalavriatura səvyiyəsi üzrə təhsil alan buraxılış kurs tələbələri və magistrantlar iştirak edə bilərlər.
24
DEK
XXI əsrin bacarıqları
24.12.2018-ci il tarixində saat 12:00-da yeni tədris binasının akt zalında(I mərtəbə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə olaraq "Rəqəmsal bacarıqlar" layihəsini həyata keçirən "Alqoritmika.Azərbaycan" MMC-nin əməkdaşları tərəfindən görüş keçiriləcəkdir. Təqdimatda tələbələrə “XXI əsrin bacarıqları” mövzusunda keçirilmiş araşdırmanın nəticələri, təhsil və proqramlaşdırma sahəsində kadrlar üçün üstünlüklər və layihənin məqsədləri haqqında məlumat veriləcək.. Görüşdə bakalavriatura səvyiyəsi üzrə informatika müəllimliyi ixtisasında təhsil alan buraxılış kurs tələbələri və magistrantlar iştirak edə bilərlər.
05
DEK
13.12.2018-ci il tarixində saat 12:00-da yeni tədris binasının akt zalında(I mərtəbə) Təhsil Nazirliyinin nümayəndələri tərəfindən maarifləndirici (müəllimlərin işə qəbulu və müsabiqədə iştirak qaydaları haqqında) görüş keçiriləcəkdir.
13.12.2018-ci il tarixində saat 12:00-da yeni tədris binasının akt zalında(I mərtəbə) Təhsil Nazirliyinin nümayəndələri tərəfindən maarifləndirici (müəllimlərin işə qəbulu və müsabiqədə iştirak qaydaları haqqında) görüş keçiriləcəkdir. Görüşdə bakalavriatura səvyiyəsi üzrə müəllimlik ixtisasında təhsil alan buraxılış kurs tələbələri və magistrantlar iştirak edə bilərlər.
23
NOY
“Procter&Gamble” şirkətində karyera imkanı və təcrübə proqramı barədə elanı sizin nəzərinizə yetiririk.
P&G Yay təcrübə proqramı 3-cü kurs bakalavr və 1-ci kurs magistrlar üçün nəzərdə tutulub. Oxuduğunuz ixtisas fərqi olmadan satış və marketinq üzrə təcrübədə iştirak imkanınız var. Təcrübə proqramına son müraciət tarixi 9 dekabr! Daha ətraflı məlumat üçün keçid linkindən istifadə edə bilərsiz. https://www.pgcareers.com/job/azerbaijan/p-and-g-caucasus-general-application-for-2019-summer-internship-positions/936/9839413?
23
NOY
Atəşgah sığortanın rəhbərliyi ilə işə qəbul haqqında görüş keçiriləcək
27.11.2018-ci il tarixində saat 12:00-da yeni tədris binasının akt zalında (I mərtəbə) işə qəbul haqqında Atəşgah sığortanın rəhbərliyi ilə görüş keçiriləcək.
20
NOY
"Karyeraya hazırlıq" layihəsi
22 noyabr 2018-ci il saat 11:00-da Kiçik akt zalında ADA Universitetinin 3cü kurs tələbələrinin "Karyeraya hazırlıq" layihəsi keçiriləcək. Layihənin əsas məqsədi ali təhsil müəssisələrinin 3-cü kurs tələbələrinə karyera planlamasında yardımcı olmaq, CV hazırlanmasının yollarını öyrətmək, iş müsahibəsinə hazırlaşdırmaqdır. Arzu edən tələbələr iştirak edə bilər.
01
OKT
05.10.2018-ci il tarixində saat 11:00-da yeni tədris binasının akt zalında Atəşgahsığortanın rəhbərliyi ilə görüş keçiriləcək.
Karyera, Praktika və məzunlarla əlaqə mərkəzinin təşəbbüsü ilə 05.10.2018-ci il tarixində saat 1100-da yeni tədris binasının akt zalında Atəşgahsığortanın rəhbərliyi ilə Mexanika riyaziyyat fakültəsinin riyaziyyat ixtisası üzrə və Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kompüter elmləri ixtisası üzrə rus bölməsi magistrantları və buraxılış kurslarında təhsil alan bakalavrları ilə görüş keçiriləcək.
15
SEN
11-13 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 12 Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək.
14
MAY
Bakı Dövlət Universitetinin IV kurs tələbələrinin pedaqoji təcrübələrinin keçirilməsinin yekununa həsr olunmuş konfrans keçiriləcək.
25.05.2018-ci il tarixində saat 2-də dairəvi zalda Bakı Dövlət Universitetinin buraxılış kurs tələbələrinin pedaqoji təcrübələrinin keçirilməsinin yekununa həsr olunmuş konfrans keçiriləcək.
01
MAY
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri ilə görüş keçiriləcək.
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq, Hüquq və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin IV kurs tələbələri ilə görüş keçirəcəklər.Görüş BDU-nun Yeni tədris binasının Akt zalında 06.06.2018-ci il saat 2-də keçiriləcək.
01
MAR
Deloitte Azərbaycan şirkətinin nümayəndələri Bakı Dövlət Universitetində tələbələrlə görüş keçirəcək.
15.03.2018-ci ildə Deloitte Azərbaycan şirkətinin nümayəndələri, Tətbiqi Riyaziyyat və kibernetika və Hüquq fakültələrinin tələbələri üçün təqdimat keçirəcəklər.Görüş əsas korpus IV mərtəbə 400-cü auditoriyada olacaq.
28
AVQ
Bakıda XI Azərbaycan beynəlxalq təhsil sərgisi keçiriləcək.
6-8 oktyabr 2017-ci il tarixlərində Bakı Expo mərkəzində XI Azərbaycan beynəlxalq təhsil sərgisi keçiriləcək.Giriş ödənişsizdir.