Karyera, praktika və məzunlarla əlaqə mərkəzi

25-05-2019

24.05.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübənin yekun konfransı keçirildi

24.05.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan lV kurs tələbələrinin tədris təcrübə proqramının bitməsi ilə əlaqədar yekun konfrans keçirildi.

Qeyd etmək istəyirik ki, tədris təcrübə proqramı 18.02.2019 tarixindən 24.05.2019 tarixinədək davam etmişdir.

Təcrübə müddətində tələbələr həmçinin Respublika Narkoloji Mərkəzində və Narınc Psixologiya Mərkəzində də olmuşlar.

Konfransın məqsədi tələbələrin təcrübə müddətində qazandıqları praktik biliklərin birgə müzakirəsi, bu müddət ərzində formalaşan təəssüratların paylaşılması idi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra söz, Bakı Dövlət Universitetininin Psixologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevə verildi.

Bəxtiyar Əliyev açılış nitqi söyləyərək, təcrübə proqramının uğurla həyata keçirilməsində əməyi olan hər kəsə, gənc kolleqalar olan tələbələrə, onların müəllimlərinə, universitetin müvafiq qurumlarının rəhbərlərinə təşəkkürünü bildirib, tələbələrə təhsillərini magistratura, doktorantura və daha yüksək pillələrədək davam etdirmələrini tövsiyyə edərək, onlara bu yolda uğurlar arzu etdi.

Ardınca Bakı Dövlət Universitetinin Karyera, Praktika və Məzunlarla Əlaqə şöbəsinin müdiri Adil Xasayev çıxış edərək, Psixologiya Elmi-Tədqiqat İnstitutunda olduğundan məmnunluğunu bildirib, institutun yaradılmasını psixologiya elminin inkişafı yolunda atılan ən uğurlu addımlardan biri kimi qiymətləndirdi. Adil Xasayev 129 tələbəni instituta yerləşdirməyi həvəslə öhdəsinə götürdüyü və həvəslə də yerinə yetirdiyi üçün institutun sədri Elnur Rüstəmova dərin təşəkkürünü bildirdi,  tələbələrə uğurlar diləyərək çıxışını sonlandırdı.

Daha sonra söz Azərbaycan Respublikasının baş narkoloqu, Respublika Narkoloji Mərkəzinin direktoru, həkim-psixiatr, tibb elmləri üzrə fəlsəfə doktoru Araz Manuçehri Laleiyə verildi. A.M.Lalei təcrübə proqramına əsasən tələbələrin Respublika Narkoloji Mərkəzində olduqları müddətdə onlarla aparılan işlər haqda məlumat verib, bu müddət ərzindəki təəssüratlarını konfrans iştirakçıları ilə bölüşdü.

Qeyd etdiyimiz kimi, tələbələr təcrübənin öncədən müəyyən olunmuş bir hissəsini də Narınc Psixologiya Mərkəzində olmuşlar. Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova çıxış edərək, həmin müddət ərzində tələbələrdə müşahidə etdiyi aktivlik, öyrənməyə meyillilikdən söz açıb onlara hər zaman dəstək olduğunu bildirdi.

Daha sonra söz Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan lV kurs təcrübəçi tələbələrin institutumuzdakı təcrübə rəhbəri Fəridə Şərifovaya verildi.

O, 18.02.2019-24.05.2019 tarixlərində həyata keçirilən təcrübə proqramı haqda təqdimat etdi, bu müddət ərzində tələbələrlə birgə görülən işlərdən bəhs etdi, həmin müddəti əks etdirən fotolar və video-roliklər nümayiş etdirildi.

Konfransın davam edən hissəsində Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan lV kurs təcrübəçi tələbələri İlahə Məmmədova və Mahirə Hüseynova çıxış edib təcrübə proqramı haqda öz təəssüratlarını konfrans iştirakçıları ilə paylaşdılar. Onlar Azərbaycanda psixologiya sahəsində bu cür müəssisənin fəaliyyət göstərməsinin qürurverici və çox sevindirici bir hal olduğunu qeyd edərək, ümumilikdə təcrübə müddətində hər 3 müəssisənin rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğının təqdirəlayiq olduğunu əlavə etdilər.

Qapanış nitqi üçün söz Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmova verildi. Elnur Rüstəmov təbrik nitqi ilə söyləyərək, təcrübə proqramının məhz Psixologiya Elmi-Tədqiqat İnstitutunda həyata keçirilməsindən dolayı məmnunluğunu ifadə edib, təcrübənin uğurlu keçməsində əməyi olan hər kəsə təşəkkür etdi, tələbələrə nailiyyətlər arzuladı.

Ardınca təcrübəçi tələbələrin hər birinə tədris təcrübəsini təsdiq edən TƏCRÜBƏ SƏNƏDİ təqdim olundu, tələbələr üçün hazırlanmış tort kəsildi.

Xatirə fotoları çəkildi, konfrans xoş xatirələrlə yadda qaldı.

Digər yazılar

"Məktəblinin dostu" pilot layihəsinin təqdimatı keçirildi.

Dövlət İmtahan Mərkəzinin nümayəndələri tələbələrlə görüş keçirdi

24.05.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübənin yekun konfransı keçirildi

Kimya fakültəsinin tələbələri 158 nömrəli məktəbdə pedaqoji təcrübə zamanı azərbaycan və italiyan dilində açıq dərs keçirmişlər.

"Coğrafiya müəllimliyi" ixtisasında təhsil alan tələbələrin 158 nömrəli məktəbdə pedaqoji təcrübəsi davam edir

“Dərs evi” Bakı dövlət Universitetinin tələbələri ilə görüş keçirdi.

"Coğrafiya müəllimliyi" ixtisasında təhsil alan tələbələrin 176 nömrəli məktəbdə pedaqoji təcrübəsi davam edir

BDU-nun məzunu olmuş Elnur Seyidli təqdimat keçirdi

Bakı Dövlət Universitetində ilk dəfə I Əmək yarmarkası keçirildi.

BDU-nun IV kurs tələbələri AMEA Aşqarlar Kimyası İnstitutunda təcrübə keçirlər

Gələcəyin Karyerası, Dəyişən Peşələr adlı seminar keçirildi

XXI əsrin bacarıqları adlı layihənin təqdimatı keçirildi.

Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşları ilə görüş keçirildi

Atəşgah sığortanın rəhbərliyi ilə işə qəbul haqqında 2-ci dəfə görüş keçirildi.

“Procter&Gamble” şirkətində karyera imkanı və təcrübə proqramı barədə elanı sizin nəzərinizə yetiririk.

"Karyeraya hazırlıq" layihəsinin təqdimatı keçirildi.

XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi

05.10.2018-ci il tarixində saat 11:00-da yeni tədris binasının akt zalında Atəşgahsığortanın rəhbərliyi ilə görüş keçirildi.

2016-2018-ci illərdə vəkilliyə qəbul üzrə sənəd vermiş namizədlərin statistik cədvəli

Bakı Dövlət Universitetində Azərbaycan ali təhsil sisteminin güclənməsinə dəstək adlı yeni TVİNNİNQ layihəsi çərçivəsində avropalı ekspertlərlə növbəti görüş keçirildi.