Karyera, praktika və məzunlarla əlaqə mərkəzi

Karyera, praktika və məzunlarla əlaqə mərkəzi haqqında

Mərkəzin yaradılmasının məqsədi ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl müəssələrin, şirkətlərin və sənaye müəssisələrinin universitetlə sıx əməkdaşlıq əlaqələrinin qurulmasına, tələbə və məzunlara əmək bazarına adaptasiya olunmaqla, öz ixtisasları üzrə uğurlu karyera qurmaqlarına kömək etmək, mövcud vakansiyalar barədə məlumatlardırmaq, onların işlə təmin olunmasına dəstək olmaqdan ibarətdir.

Mərkəz rektorluğun R-93 saylı, 05.11.2015-ci il tarixli əmri ilə yaradılmışdır. Mərkəzin müdiri 16.05.2017-ci ildən dosent Xasayev Adil İmran oğludur.

Mərkəzin əsasnaməsi BDU-nun Elmi Şurasının 28 oktyabr 2015-ci il tarixli iclasının (protokol № 8) qərarı ilə qəbul edilmişdir. Əsasnamədə ümumi müddəalar, mərkəzin strukturu, əsas vəzifə və funksiyaları, hüquqları, məsuliyyəti və yekun müddəalar öz əksini tapmışdır.

  Mərkəzin əsas vəzifəsi aşağıdakılardır:

-Universitetin müsbət imicinin qorunub saxlanılması, reytinqinin artırılması və ictimaiyyətlə əlaqələrin saxlanılmasında iştirakı;

-tələbə və məzunların əmək bazarına adaptasiya olunmaqla öz ixtisasları üzrə uğurlu karyera qurulmasına dəstək;

Mərkəzin funksiyaları aşağıdakılardır:

-Universitetdən məzun olan gənc mütəxəsislərin qeydiyyatının aparılması;

-Universitet məzunlarının ixtisas üzrə işləmələrinə dair məlumat bazasının yaradılması;

-Universitet məzunlarına işə düzəlmə ilə bağlı informasiya və məlumat dəstəyinin təşkili;

-Məzunların işə düzəlməsinin effektliyinin təhlili;

-Təşkilatlarla və müəssisələrlə əməkdaşlıq haqqında  kompleks uzunmüddətli müqavilələrin bağlanması;

-Təşkilat və müəssisələrdə tələbələrin yay iş praktikasının təşkili;

- Universitetin rəsmi saytında Mərkəzin vep-səhifəsinin yaradılması;

-BDU-nun Məzunlar Assosiasiyasının yaradılması;

 Mərkəz aşağıdakı hüquqlara malikdir:

- Öz vəzifə funksiyalarını yerinə yetirməklə bağlı universitetin struktur bölmələrindən  məlumat və informasiyanı tələb etmək və bazanın yaradılmasında istifadə etməkdir.

-Karyera, praktika və məzunlarla əlaqə mərkəzinin əsas  məqsədlərindən biridə tələbələrin istehsalat(pedaqoji )təcrübələrini təşkil etmək, məzunların işə düzəlməsinə dəstək vermək, məzunlarla işəgötürənlər arasında əlaqələr yaratmaqdan və təşkilatlarla, müəssisələrlə əməkdaşlıq haqqında kompleks uzunmüddətli  müqavilələrin  bağlanmasından ibarətdir.

 

ƏMƏKDAŞLAR:

1. dos.Xasayev Adil İmran oğlu-Mərkəzin müdiri

2.k.e.n.Əhmədov Əhməd İsmayıl oğlu- Tədris təcrübə rəhbəri

3.Abışova Nərgiz Ramiz qızı-  Tyutor II dərəcəli

4.Musayeva Günay Fəxrəddin qızı - tyutor III dərəcəli