Karyera, praktika və məzunlarla əlaqə mərkəzi

Xasayev Adil İmran

Xasayev Adil İmran oğlu

Karyera, praktika və məzunlarla əlaqə mərkəzinin müdiri

1963-cü ildə BDU-nun "Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı" ixtisasına qəbul olmuş , 1968-ci ildə həmin ixtisası bitirmişdir.1970-1973-cü illərdə aspiranturada oxumuşdur.1975-ci ildə geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Sonralar faydalı qazıntılar kafedrasında müəllim, baş müəllim və 1988-ci ildən dosent vəzifələrində işləmişdir. 150-dən artıq elmi əsərin , o cümlədən 2 monoqrafiya, 5 dərslik və 10-dan artıq metodik göstəriş və proqramların müəllifidir.

1991-ci ildə Geologiya fakultəsinin dekan müavini, 1992-ci ildən - 2016-cı ilin iyun ayına kimi dekanı işləmişdir. 2017-ci ilin may ayının 16-dan "Karyera, Praktika və Məzunlarla Əlaqə" mərkəzinin müdiridir. Ailəlidir, iki övladı var.

Digər əməkdaşlar

Əhmədov Əhməd
Abışova Nərgiz
Musayeva Günay