Qurbanova Məlahət Müsrət qızı

    Kimya üzrə elmlər doktoru, professor

    Bakı Dövlət Universiteti Tədris Departamentinin müdiri

    İş telefonu +99412 537-22-34

    e-mail: mkurbanova72@mail.ru

 

    QISA BİOQRAFİK MƏLUMAT

    1972-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə Bakı şəhərində orta məktəbi medalla bitirib. İndiki Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1994-cü ildə Universiteti bitirərək AMEA-nın Aşqarlar Kimyası İnstitutunun aspiranturasına qəbul olunub. 1998-ci ildə “Tiiranların bəzi elektrofil birləşmə reaksiyaları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi alıb.

1997-ci ildən BDU-nun kimya fakültəsində “Zərif üzvi sintez” ETL-də mühəndis, elmi işçi, böyük elmi işçi vəzifələrində işləyib. 2000-2003-cü illərdə BDU-nun əyani doktoranturasında təhsilini davam etdirib. 2007-2010-cu ilərdə BDU-nun Üzvi kimya kafedrasının dosenti vəzifəsində çalışıb. 2009-cu ildə “Funksionaləvəzli karbamid və tiokarbamidlərin sintezi və heterotsiklləşməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya üzrə elmlər doktoru alimlik dərəcəsi alıb. 2011-ci ildən BDU-nun Üzvi kimya kafedrasının professorudur.

2010-2017-ci  illərdə BDU-da Tədris Elektron Mərkəzinə rəhbərlik edib.2017-ci ildən BDU-da Tədris Departamentinə rəhbərlik edir.

Ailəlidir. İki övladı var.

 

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1994-cü ildə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun aspiranturasına daxil olub, 1998-ci ildə“Tiiranların bəzi elektrofil birləşmə reaksiyaları” mövzusunda namizədlik dissertasiyasını Azərbaycan Dövlət Neft Akademiyasında  müdafiə edib, kimya elmləri namizədi alimlik dərəcəsi alıb;

2009-cu ildə dosent elmi adı alıb;

2000-2003-cü illərdə BDU-nun əyani doktoranturasında təhsilini davam etdirib. 2009-cu ildə“Funksionaləvəzli karbamid və tiokarbamidlərin sintezi və heterotsiklləşməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, kimya üzrə elmlər  doktoru alimlik dərəcəsi alıb;

2016-cı ildə professor elmi adı alıb.

 

ƏMƏK FƏALİYYƏTİ

1989-1994-BDU-nun kimya fakültəsinin əyani şöbəsinin tələbəsi

1994-1997-AMEA Aşqarlar Kimyası İnstitutunun əyani aspirant

1997-2000-BDU-nun Metalkompleks katalizatorlar ETL-də mühəndis və Zərif üzvi sintez ETL-də elmi işçi

2000-2003-BDU-nun kimya fakültəsinin əyani doktorantı

2003-2007- BDU-nun Zərif üzvi sintez ETL-də böyük elmi işçi

2007-2010-BDU-nun Üzvi kimya kafedrasında dosent

2011- BDU-nun Üzvi kimya kafedrasında professor

2010-2017-BDU-da Tədris Elektron Mərkəzinin müdiri

2017-ci ildən BDU-da Tədris Departamentinin müdiri

 

ELMİ FƏALİYYƏTİ

Tədqiqat sahəsi-Tərkibində azot, oksigen və kükürd saxlayan heterotsiklik birləşmələr kimyası;

Xiral üzvi katalizatorlar iştirakında asimmetrik sintez.

185 elmi əsərin müəllifidir, o cümlədən 9 patent, 2 dərslik və 4 fənn proqramının  müəllifidir

Rəhbərliyi altında 2 namizədlik və 11 magistr dissertasiyası müdafiə olunmuşdur. Hazırda 3 doktorant və 1 magistr dissertasiyasına rəhbərlik edir

BDU-nun kimya fakültəsində fəaliyyət göstərən İxtisaslaşdırılmış Elmi Seminarın sədri, Dissertasiya Şurasının üzvüdür
 

Digər bölmələr