Tədris prosesinin təşkili və ona nəzarət şöbəsi

Şöbənin müdiri  siyasi elmlər üzrə fəlsəfə doktoru E.M.Məmmədovdur (şəkil).

Tədris prosesinin təşkili və ona nəzarət şöbəsi yeni tədris ilinə hazırlıq məqsədi ilə dərs yükünün planlaşdırılması, bölgüsünə nəzarət və onun təsdiq olunduqdan sonra əmrləşdirilməsi, ştatda olan və kənardan dəvət olunan saat hesabı müəllimlərin şəxsi işlərinin yığılması, seçki müddəti başa çatmış professor-müəllim heyətinin seçkisi, vakant vəzifələri tutmaq üçün elanların hazırlanması və ərizələrin qəbulu, fakültə Elmi Şurasında müzakirə olunduqdan sonra bu qurumların çıxarışlarına əsasən əmrləşdirilməsini, digər ali təhsil müəssisələrindən Bakı Dövlət Universitetinə köçürülən və ya ixtisasını dəyişən tələbələrin qeydiyyatının aparılması, əmrləşdirilməsi, universitet tələbələri sırasından xaric olunan tələbələrin bərpa olunması məsələlərini həyata keçirir.

Keyfiyyətin təminatı, monitorinq və qiymətləmdirmə şöbəsi

Şöbənin müdiri  fizika-riyaziyyat elmləri namizədi, dos. Vaqif Qasımovdur (şəkil).

Şöbə aşağıda qeyd olunan vəzifələri həyata keçirir:

Fənn proqramlarının Dövlət Tədris Standartlarının tələblərinə uyğun tərtib olunması;

Dərs yükünün düzgün və rasional bölgüsü;

Proqram, dərslik və dərs vəsaitləri ilə təminat işinin təşkili və ona nəzarət;

Professor-müəllimlərin  pedoqoji fəaliyyətinin qiymətləndirmə meyarlarının təyin olunması və reallaşdırılması;

Professor-müəllim heyətinin ixtisasartırmaya gondərilməsi;

Açıq dərslərin təşkil olunması və qitmətləndirilməsi;

Tələbələrin  müvəffəqiyyət  göstəricilərinin  və  imtahan nəticələrinin təhlili;

Tədris prosesində baş vermiş nöqsanların təhlili və aradan qaldırılması;

Tələbələr tərəfindən müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Sorğunun təşkili və s.

Şöbənin dispetçerləri tədris prosesinin qaydasında getməsini yoxlamaq məqsədilə auditoriyalara xüsusi olaraq quraşdırılmış kameralar vasitəsilə, həmçinin  birbaşa nəzarət edirlər. Aşkar olunan nöqsanlar Universitetin müvafiq strukturları və Tədris Metodik Şurası ilə birgə təhlil olunur və tədrisin keyfiyyətinin artırılması üçün təkliflər verilir.

Tyutorların işinin əlaqələndirilməsi, informasiya təminatı və təhsil sənədlərinin verilməsi şöbəsi

Şöbənin müdiri  kimya üzrə fəlsəfə doktoru N.C.Musayevadır (şəkil).

2008-ci ildən etibarən Avropa Birliyinin “Cənubi Qafqazda Elektron Cəmiyyətin inkişafı” layihəsi çəriçivəsində Bolonyo prosesinin prinsiplərinin və “Virtual Universitet”in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor (akademik məsləhətçi) hazırlığı kursları başlanmış, nəticədə BDU və digər ali təhsil ocaqları üçün 221 tyutor hazırlanmışdır. Hazırda BDU-da 200-ə yaxın tyutor çalışır.

Şöbədə kredit sistemi ilə təhsil alan tələbələrin vahid elektron bazasını yaratmaq məqsadilə proqram təminatı hazırlanmışdır. Bu proqram təminatı vasitəsilə təhsil alan bütün tələbələrin siyahıları və onlar haqqında zəruri məlumatlar tyutorlar tərəfindən bazaya daxil edilmişdir. Tələbələrin universitetdə təhsil aldıqları müddətdə onlara aid olan sənədlərin mütəmadi olaraq bazaya daxil edilməsi mexanizmi qurulmuşdur ki, bunun da nəticəsində tələbə kontingenti haqqında bütün məlumatların operativ əldə edilməsi təmin olunmuşdur.

 Şöbə tərəfindən gələcəkdə valideynlərin tələbənin təhsil aldığı müddətdə qazandığı bütün nəticələri (topladığı kreditlər, semestr və imtahan balları, həmçinin təltiflər, intizam tənbehləri, davamiyyət və s.) haqqında məlumatları internet vasitəsilə izləyə bilməsi, distant təhsilin tətbiqi üzrə hazırlıq işlərinin aparılması, daha çox multimedia kurslarının hazırlanması, VIRTUAL CLASS ROOM-ların yaradılması, Bolonya prosesinin tələblərinin tam şəkildə tətbiqinə nail olunması planlaşdırılır.

 

Digər bölmələr