03-09-2018

Elmi Şuranın 2017/2018-ci tədris ilinin son iclası keçirilib

Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş 2017/2018-ci tədris ilinin son iclası keçirilib.Rektor, akademik  Abel Məhərrəmov gündəlikdə olan məsələləri şura üzvlərinin diqqətinə çatdırıb, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Xalq Cümhuriyyətinin və BDU-nun 100 illik yubileyləri ilə əlaqədar görülən işlər və nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının nəticələri, yay tədris və istehsalat təcrübələrinin keçirilməsi haqqında məruzə ilə çıxış edib, Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində təşkil edilən çöl təcrübələri haqqında ətraflı məlumat verib. Sonra məruzə ətrafında çıxışlar olub və prorektor İradə Əliyevanın məruzəsi yüksək qiymətləndirilib. Elmi Şuranın iclasında müsabiqənin keçirilməsi və elmi adların verilməsi, imtahan sessiyasında iştirak edən əlaqələndiricilərə mükafatların verilməsi, tədris planlarının təsdiqi, o cümlədən ilin nəticələrinə görə fərqlənənlərin mükafatlandırması kimi məsələlərə baxılıb.

Qeyd edək ki, ilin nəticələrinə görə Kimya fakültəsinin fiziki və kolloid kimya kafedrasının dosenti Yasin Cəfərov və Filologiya fakültəsinin rus dilçiliyi kafedrasının müəllimi Nazim Xıdırov “Fəxri Fərman”, Jurnalistika fakültəsinin Mətbuat tarixi və və ideoji iş kafedrasının professoru Nəsiman Yaqublu və Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Optimallaşdırma və idarəetmə kaferdasının müdiri, professor  Rafiq Tağıyev “İlin müəllimi”, Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədris metodikası kafedrasının müəllimi Radifa İsmayılova və Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının müəllimi Təhminə Aslanova “İlin fəal gənc müəllimi” adları ilə təltif ediliblər.

Elmi Şura bəzi yubilyarların təbrik edilməsi ilə başa çatıb.

Digər yazılar

BDU-nun rektoru Elçin Babayev kollektivə təqdim edilib

BDU-nun Elmi Şurasının növbəti iclası keçirilib

Rektor birinci kurslarla görüşüb

Xarici ali təhsil müəssisələrində təhsil formasını seçən zaman vətəndaşlar nələrə diqqət etməlidirlər?

Transfer.edu.az ilə köçürülən tələbələrin cavabları açıqlanıb

Bu il qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan 1982 nəfər Bakı Dövlət Universitetini seçib

Elmi Şuranın 2017/2018-ci tədris ilinin son iclası keçirilib