Tyutorların işinin əlaqələndirilməsi şöbəsi

Təhsil haqqından azad olunma!

AŞAĞIDAKI TƏLƏBƏLƏR TƏHSİL HAQQINDAN AZAD EDİLİR:

• 2011/2012-ci tədris ilindən etibarən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları.
“Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında”
Əsas: Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamı.

• Şəhid ailəsi statusunu almış ailənin üzvü.
Əsas: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”
Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli Qanunu (maddə 3).

• 2014/2015-ci tədris ilindən etibarən:
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında
Əsas:Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamı.

• 18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan uşaqlar.
Əsas: “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir).
Əsas:“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5).

TƏLƏBƏLƏRDƏN TƏHSIL HAQQINDAN AZAD OLUNMAQ ÜÇÜN AŞAĞIDAKI
SƏNƏDLƏR TƏLƏB OLUNUR:

I. Məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları:
1.Attestatın əsli;
2.3×4 ölçüdə fotoşəkil -5 ədəd.
3.İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2 ədəd;
4.Şəxsiyyət vəsiqəsinin surəti – 3 ədəd;
5.Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş və notarial qaydada təsdiq olunmuş məcburi
köçkün vəsiqəsinin surəti;

II. Şəhid ailəsinin üzvü olan abituriyentlər:
1.Attestatın əsli;
2. 3×4 ölçüdə fotoşəkil -5 ədəd;
3.İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2 ədəd;
4.Şəxsiyyət vəsiqəsinin surəti-3 ədəd
5.Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;
6.Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti
QEYD:18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır. Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

III. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyi¬nin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:
1.Attestatın əsli;
2. 3×4 ölçüdə fotoşəkil -5 ədəd;
3.Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
4.Şəxsiyyət vəsiqəsinin surəti-3 ədəd;
5.İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2 ədəd;
6.Notarial qaydada təsdiq olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti; (Əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır.).

IIIa. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:
1.Attestatın əsli;
2. 3×4 ölçüdə fotoşəkil -5 ədəd;
3.Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
4.Şəxsiyyət vəsiqəsinin surəti-3ədəd;
5.İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2 ədəd;
6.Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd.Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı)

IV. 18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər:
1.Attestatın əsli;
2. 3×4 ölçüdə fotoşəkil -5 ədəd;
3.Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
4.Şəxsiyyət vəsiqəsinin surəti-3ədəd;
5.İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2 ədəd;
6.Vəfat etmiş valideyinin ölüm haqqında şəhadətnaməsinin surəti, digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti.
Əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir. Bu hal uşağın 18 yaşı tamam olanadək baş verməlidir.
Qeyd: Əlillik arayışları müddətsiz deyilsə, göstərilən müddətə azad olunur.

OTHERELAN

Tyutorların və tələbələrin nəzərinə!!!
Tələbələrin nəzərinə!!!
YDA imtahanı haqqında məlumat!
YDA imtahanını gözləyən tələbələrin nəzərinə!!!
"Yay semestri" imtahanları haqqında məlumat
Elan4
Elan6
Elan5
Elan2
Elan3
Elan1