Tyutorların işinin əlaqələndirilməsi şöbəsi

25-12-2018

"2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi haqqında" əmr

2018/2019-cu tədris ilində universitetin bakalavriat  və magistratura səviyyələri  üzrə payız  semestrinin  imtahan  sessiyasının mütəşəkkil keçirilməsi məqsədi ilə

   

Ə M R   E D İ R Ə M

 

1.Tədris qrafiklərinə uyğun olaraq bakalavriat və magistratura səviyyələri üzrə universitetin bütün fakültələrində dərslər 2018-ci il dekabr ayının 28-də kəsilsin, payız semestrinin imtahan sessiyası  2019-cu il yanvarın 3-dən 31-dək  keçirilsin.

2. Bütün fakültələrdə imtahanlar bir qayda olaraq yazılı formada aparılsın. Zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə imtahanlar şifahi- dialoq və ya test formasında aparıla bilər.

3.Sessiya dövründə  bakalavriat səviyyəsində (əyani şöbə üzrə) imtahanlar saat 1000–da başlansın. Bakalavriat (qiyabi şöbə) və magistratura (əyani şöbə) səviyyələrində  imtahanlar saat 1400-da başlansın.

4. Payız semestrinin imtahan sessiyasında fənlər üzrə keçiriləcək imtahanların siyahısı tədris planlarına uyğun olaraq müəyyənləşdirilsin və imtahan cədvəlləri təsdiq olunmuş həmin siyahıya əsasən tərtib edilsin. 2017/2018-ci tədris ilində payız semestrinin imtahan sessiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində  kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na, 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarına  və digər normativ sənədlərə müvafiq olaraq keçirilsin. 

5.Tədris planında nəzərdə tutulmuş fənlər üzrə saatlar jurnalda fənn müəlliminin imzası ilə yekunlaşdırılsın və fakültə dekanı tərəfindən mövcud qaydada sənədləşdirilsin.

 6.Sessiyanın sonunadək imtahanlarda iştirak etməyən tələbələr (magistrantlar) 3 gün müddətində dekanlığa onun səbəbi haqqında rəsmi məlumat verməlidirlər. Bu barədə fakültə dekanlıqları tərəfindən (magistrantlar) qabaqcadan məlumatlandırılsınlar.

7.2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası ərzində imtahanlara buraxılacaq tələbələrin (magistrantların) siyahısı dəqiqləşdirilsin, tədris olunan ayrı-ayrı fənlər üzrə auditoriya saatlarının  25 %-dən çoxunda  iştirak etməyən tələbələr həmin fəndən imtahana buraxılmasınlar,  bu barədə Tədris Departamentinə və Magistratura və Doktorantura şöbəsinə 03.01.2019-cu il tarixinədək  müvafiq  məlumat verilsin.

8. Tələbələr (magistrantlar) imtahanlara yalnız tələbə bileti  ilə buraxılsınlar.

9. Bir qayda olaraq kənar şəxslərin  imtahanda   iştirakı qadağandır. Lakin imtahanlarda şəffaflığı təmin etmək məqsədi ilə valideynlərin müraciəti əsasında imtahanların gedişində iştirak etmələrinə müvafiq şərait yaradılsın.

10. Fərdi tədris planlarına uyğun sessiyanı müvəffəqiyyətlə vermiş tələbələrə (magistrantlara) mövcud qaydada təqaüd verilməsi haqqında təqdimatlar 2019-cu il fevral ayının 15-dən gec olmayaraq Tədris Departamentinə və MD şöbəsinə təqdim olunsun.

 

 

11. FAKÜLTƏ   DEKANLARINA VƏ KAFEDRA MÜDİRLƏRİNƏ

TAPŞIRILSIN:

a) bütün tədris qruplarında fərdi qaydada görüş keçirsinlər və tələbələrin istək və arzularına diqqətlə yanaşsınlar.

b) semestr ərzində  seminar və laboratoriya dərslərində, kollokviumlarda  tələbələrin bilik səviyyəsinin  fənn müəllimləri tərəfindən düzgün qiymətləndirilməsinə ciddi nəzarət etməklə obyektivliyi təmin etsinlər və bu barədə  rektorluğa müvafiq təkliflər versinlər .

c) imtahan cədvəllərinin tərtibi zamanı auditoriya fondundan səmərəli istifadə etmək məqsədi ilə sessiya müddətində günlər üzrə imtahanların (hər gün imtahan keçirməklə) bərabər bölgüsünü təmin etsinlər.

d)imtahan cədvəlləri üzrə kafedralarda müvafiq qeydiyyat aparmaqla imtahanqabağı məsləhət saatlarının keçirilməsini, sessiya zamanı imtahanlarda tədris proqramlarının və digər zəruri tədris-metodiki vəsaitlərin olmasını təmin etsinlər.  

e) imtahan zamanı ayrı-ayrı fənlər üzrə 17-dən az bal toplamış və ya yekunda qeyri-kafi qiymət almış  tələbələrin sayı qrupda 50 %-dən çox olarsa, həmin  tələbələr və müəllimlər haqqında qərargaha  məlumat verilsin.  

f) imtahanın gedişində tələbələrin telefon və digər texniki vasitələrdən istifadəsi qəti qadağandır. İmtahan zamanı konspektdən, kitabdan və digər vasitələrdən istifadə hallarına  yol verən tələbələrə qarşı  imtahan zamanı köçürtmə hallarının aradan qaldırılması  barədə verilmiş  R-102 saylı 14.10.2011-ci il tarixli  əmrə əsasən müvafiq tədbirlər görülərək köçürtmə haqqında akt tərtib edilsin və həmin auditoriyaya təhkim olunmuş koordinatorlar və fakültə dekanı tərəfindən imzalansın. İmtahan zamanı yardımcı vəsait kimi  müəllim-koordinatorların iştirakı ilə yalnız fənn proqramlarından istifadə oluna bilər.      

g) Rektorun 20 iyun 2017-ci il 06 saylı sərəncamına əsasən imtahandan əvvəl auditoriyalara daxil olaraq partaların üzərində və ya divarlarda imtahan suallarının cavablarını yazaraq nizam-intizam qaydalarına zidd olan və universitet əmlakının korlanmasına səbəb olan hallara yol verən tələbə və magistrantlar həmin fənn üzrə imtahana buraxılmasınlar, onlar üçün universitetdaxili nizam-intizam qaydalarının pozulması haqqında akt tərtib olunsun və fakültə-dekanı tərəfindən imzalansın.

h)ödənişli təhsil alan tələbələrin (magistrantların) təhsil haqqını vaxtında ödəmələrinə ciddi nəzarət etsinlər. Bu zaman :

-cari tədris ilinin təhsil haqqını imtahan sessiyası başlayanadək ödəməyən tələbələr ( magistrantlar) imtahanlara buraxılmasınlar ;

- əvvəlki və cari tədris illərindən qalan təhsil haqqı borcunu (əlavə qruplar, yaz semstri və digər təhsil formaları üzrə kredit ödəmələri daxil olmaqla) 2018-ci ilin yanvar ayının 19-dək ödəməyən tələbələr  (magistrantlar)  imtahanlara buraxılmasınlar ;

        -bu qəbildən olan bütün tələbələr (magistrantlar) imza edilməklə əvvəlcədən məlumatlandırılsınlar.

ü) imtahanlarda 3 gün və daha artıq  iştirak etmədikdə 29.10.2018-ci il tarixli 05                           saylı sərəncamla təyin olunmuş müəllim-koordinatorlardan izahat alınsın və müvafiq inzibati tədbir görülsün.

j) imtahan keçirilən günlərdə saat 930-da və 1330-da əsas binanın  böyük  akt zalında  müəllim-koordinatorların iştirakını təmin etsinlər. Müəllim - koordinatorlar öz imtahan cədvəlləri haqqında  əvvəlcədən  yazılı məlumat versinlər.

12.İmtahanlarda tələbələrin (magistrantların) biliyinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verilməsinin qarşısını almaq üçün profilaktik tədbirlər görülsün. Hər bir neqativ hal üçün fakültə dekanlarının və kafedra müdirlərinin birbaşa məsuliyyət daşıdıqları onların  nəzərinə çatdırılsın,  belə hallar baş verdikdə mövcud qanunvericiliyə uyğun ciddi tədbirlər görsünlər və bu barədə rektorluğa müvafiq təkliflər versinlər. İmtahanların gedişi ardıcıl surətdə yoxlanılsın, onların nəticələri kafedra iclaslarında və fakültə elmi  şuralarında müzakirə edilsin.

         13. Payız semestrinin  imtahan sessiyasının nəticələri qeyd olunan imtahan vərəqləri müəllimlər tərəfindən imzalandıqdan sonra təsdiq olunması üçün Tədris Departamentinə və MD şöbəsinə  təqdim edilsin.

14. İmtahan sessiyası zamanı payız semestri ərzində cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də  üzürlü və üzürsüz səbəblərdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış  tələbələrə (magistrantlara) həmin fənlərdən imtahan vermək üçün    2019-cu il  fevral  ayının  4-8 -dək vaxt verilsin.  Fənn (fənlər) üzrə akademik borcların ləğvi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 saylı qərarının 3.2.14 bəndinə müvafiq olaraq həyata keçirilsin.

15. Tədris Departamentinin müdiri prof.M.M.Qurbanovaya, keyfiyyətin təminatı, monitorinq və qiymətləndirmə şöbəsinin müdiri dos.V.Ə.Qasımova,  Tədris prosesinin təşkili və ona nəzarət şöbəsinin müdiri dos.E.Ə.Məmmədova, Tyutorların işinin əlaqələndirilməsi, informasiya təminatı və təhsil sənədlərinin verilməsi şöbəsinin müdiri vəzifəsini icra edən k.ü.f.d. N.C.Musayevaya, Magistratura və Doktorantura şöbəsinin müdiri prof. A.O. Məmmədovaya  tapşırılsın:

         a) imtahanların mütəşəkkil keçirilməsi, onların gedişinə nəzarətin artırılması  məqsədilə fakültələrdə  eyni fənlər üzrə qrupların birləşdirilməsini və imtahan cədvəllərinin səmərəli tərtibinin koordinasiyasını təmin etsinlər. Bu məqsədlə imtahan cədvəllərinin tərtibi zamanı alt qruplarda kredit götürən, payız semestrində əlavə yaradılmış qruplarda və məsləhət saatlarında iştirak edən, eləcə də passiv tələbələr (magistrantlar)  üçün fənlər üzrə imtahanların koordinasiyası, auditoriya fondu və koordinatorların sayı nəzərə alınsın.

b)imtahan prosesinə nəzarətin video-kameralar vasitəsilə aparılmasına, köçürtmə hallarına yol vermiş və ya nizam-intizam qaydalarını pozmuş tələbələrin video-görüntülərinin saxlanılmasını, lazım gəldikdə tələbələrin və valideynlərin nəzərinə çatdırılmasını təmin etsinlər;

         c)imtahan sessiyasının mövcud əsasnaməyə uyğun keçirilməsinə, sessiyanın gedişini və nəticələrini əks etdirən bütün statistik forma və hesabatların vaxtında tərtib edilməsinə ciddi nəzarət etsinlər;

d) imtahanların  keçirilməsini lazımi blanklarla təchiz etsinlər.  

16.Sessiyanın gedişinə operativ nəzarət etmək məqsədi ilə əvvəlki  sessiyalar zamanı rektorun ümumi məsələlər üzrə müşaviri prof. İ.Ə.Əliyevin sədrliyi ilə yaradılmış qərargah və apellyasiya komissiyası payız semestrinin  imtahan sessiyası zamanı da fəaliyyətini davam etdirsin. Prof.İ.Ə.Əliyevə tapşırılsın ki, sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin  «Qaynar xətti» ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etsin və bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər versin.     

17. İmtahanların nəticəsi ilə əlaqədar müraciət etmiş tələbələrin (magistrantların) ərizələrinə Apellyasiya komissiyalarında 2019-cu il fevral ayının 4-dək baxılsın və bu barədə rektorun həmin tələbələrlə görüşü keçirilsin.

18. Payız semstrinin imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsdəi ilə rektorluğun aşağıda adları qeyd olunan nümayəndələri müvafiq fakültələrə təhkim edilsinlər:

I. Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Filologiya, Kimya, Biologiya, Ekologiya və torpaqşünaslıq  fakültələri üzrə:

 

prof.Əliyeva İradə Nurəddin qızı            Tədrisin təşkili və təlim texnologiyaları

                                                                     üzrə  prorektor 

 

II. Mexanika- riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika, Tarix, Fizika

Coğrafiya və Geologiya fakültələri üzrə:

 

AMEA-nın müxbir üzvü,

prof. Kazımzadə Aydın Həsən oğlu           Elm və   innovasiyalar üzrə prorektor

                                                       

III. Sosial elmlər və psixologiya, Şərqşünaslıq, Jurnalistika,

          və Kitabxanaçılıq-informasiya  fakültələri üzrə:

 

prof.Hacıyev Sani Tofiq oğlu                         Sosial məsələlər, tələbələrlə iş və

                                                                        ictimaiyyətlə əlaqələr üzrə prorektor 

 

19.ELMİ KİTABXANANIN DİREKTORUNA

TAPŞIRILSIN:

         Sessiya müddətində elmi kitabxananın saat 830-dan 2000-dək fəaliyyət göstərməsini  təmin etsin və fakültə dekanları ilə birlikdə tələbələrin dərsliklər və dərs vəsaitləri ilə təmin olunmasına lazımı şərait yaratsın.

 

20.SOSİAL MƏSƏLƏLƏR, TƏLƏBƏLƏRLƏ İŞ VƏ İCTİMAİYYƏTLƏ

ƏLAQƏDAR VƏ İQTİSADİ VƏ  TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ PROREKTORLARA TAPŞIRILSIN:
 

a) universitetdaxili nizam-intizam qaydalarının yerinə yetirilməsi və fakültələr üzrə növbətçilik  təmin edilsin.  

b)imtahan üçün ayrılmış otaqların təmirini və texniki təchizatını  təmin etsinlər.  

c)tələbə bileti və ya şəxsiyyət vəsiqəsi  olmayan şəxslərin universitetin giriş qapılarından  buraxılmamasına ciddi  nəzarət təşkil  edilsin.

 

 

21. «MƏTBUAT VƏ İNFORMASİYA» ŞÖBƏSİNİN MÜDİRİ  VƏ

«BAKI   UNİVERSİTETİ» QƏZETİNİN REDAKTORUNA

TAPŞIRILSIN:

Sessiyaya hazırlıq və onun gedişi müntəzəm surətdə universitetin veb saytında və qəzetin səhifələrində işıqlandırlsın.

 

22.UNİVERSİTET VƏ FAKÜLTƏ TƏLƏBƏ HƏMKARLAR TƏŞKİLATLARININ  VƏ TƏLƏBƏ CƏNGLƏR TƏŞKİLATININ

SƏDRLƏRİNƏ TAPŞIRILSIN:

 

         Sessiya müddətində imtahanların gedişində yaxından iştirak etsinlər və müntəzəm olaraq rektorluğa və fakültə dekanlıqlarına müvafiq məlumat versinlər.

        

23. Kadrlar şöbəsinin müdiri əvəzi T.F.Əhədovaya tapşırılsın ki, kafedra müdirlərinin, müəllimlərin, elmi işçilərin və köməkçi heyətin işə davamiyyətinə nəzarəti bir daha gücləndirsin.  

24.Bu əmr fakültə elmi  şuralarında, dekanlıqların və kafedraların iclaslarında professor-müəllim heyətinin (imza edilməklə) nəzərinə çatdırılsın və fakültənin elanlar  lövhəsindən asılsın.

25.Bakı Dövlət Universitetinin Qazax filialının direktoru prof. V.Ə.Əfəndiyeva tapşırılsın ki, mövcud təlimatları, BDU üzrə müəyyən edilmiş qaydaları və bu əmri rəhbər tutaraq 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının mütəşəkkil keçirilməsini təmin etsin.

27.Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

         ƏSAS:  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli

         348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat

         və magistratura səviyyələrində  kredit sistemi ilə tədrisin təşkili Qaydaları”,

         14 iyun 2017-ci il tarixli 257 nömrəli qərar, mövcud əmrlər və sərəncamlar.

                      

 

                                          prof. İ.N.Əliyeva,

R E K T O R   vəzifəsini icra edən

27 noyabr 2018-ci il

R-92

Digər yazılar

"2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi haqqında" əmr

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

2017/2018-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ın yeni redaksiyada təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri